“Zərdabi LTD” MMC 1760 ABŞ dolları məbləğində cərimələnib.
Insider.az-ı n xəbərinə görə, bu barədə Nizami Rayon Məhkəməsi qərar qəbul edib.
Məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə tərtib etdiyi protokola əsasən qərar çıxarıb.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Nizami Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya ndə baxılır.
Qeyd edək ki, “Zərdabi LTD” MMC çap fəaliyyəti ilə məşğul olan nəşriyyatdır.