mehkemelerde-problemli-kreditlerle-bagli-islerin-icraati-dayandirilib

Məhkəmələrdə problemli kreditlərlə bağlı işlərin icraatı dayandırılıb

Məhkəmələrdə problemli kreditlərlə bağlı işlərin icraatı dayandırılıb.

İnsider.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin problemli kreditlərlə imzaladığı fərmandan irəli gələn tapşırıqlar icra olunur: "Hazırda məhkəmələrdə problemli kreditlərlə bağlı heç bir hərəkət aparılmır".