meksika-azerbaycan-arasinda-turist-axini-5-il-erzinde-artib

Meksika-Azərbaycan arasında turist axını 5 il ərzində artıb

Ötən il Meksika ilə Azərbaycan arasında ticarət mübadiləsinin həcmi 26,2 mln dollar olub.

İnsider.az xəbər verir ki, bu ildə bu göstəricilərin ötən il ilə müqayisədə artacağı gözlənilir. 

2017-2018-ci illər ərzində Meksikadan Azərbaycana olan ixracatın həcmi 35,74% artıb, həmin dövrdə Azərbaycandan Meksikaya ixracatın həcmi isə 12,44% çoxalıb.

“Meksika məhsullarının Azərbaycan bazarındakı iştirakına gəlincə, neft sənayesi üçün qazma alətləri 39%, qazma boruları 18%, neft və qaz üçün borular isə 10-12% təşkil edir. Həmçinin, Azərbaycana idxal olunan Meksika mənşəli pivə bazarda 12% yer tutur. Bundan başqa, 2018-ci ildə Azərbaycanda meksikalı turistlərin sayı 8,93%, Meksikada isə azərbaycanlı turistlərin sayı 19,06% artıb. Ümumilikdə, bu səfirliyin açılmasından etibarən (2014-2018) ikitərəfli turist axınları 20% artım baş verib. Azərbaycanlı turistlər əsas istiqamətlər kimi Mexiko şəhərini və Kankunu seçirlər”, - məlumatda bildirilir.

Report