Builki tədris ilində məktəbdaxili qiymətləndirmənin hansı formada aparılması ilə əlaqədar qərar layihəsi hazırlanıb.
İnsider.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin məlumatında bildirilib. Qeyd edilib ki, mövcud şərait nəzərə alınaraq, 2020-2021-ci tədris ili üzrə məktəbdaxili qiymətləndirmənin hansı formada aparılması ilə əlaqədar Təhsil Nazirliyi Kollegiyasının qərar layihəsi artıq hazırlanıb:
"Hazırda layihə üzrə rəy və təkliflər toplanılır. Bununla bağlı tezliklə geniş məlumat veriləcək".
APA