mektebler-ile-bagli-mueyyen-acilmalara-gedilecek-novbeti-hefte

"Məktəblər ilə bağlı müəyyən açılmalara gediləcək" - NÖVBƏTİ HƏFTƏ...

"Məktəblərin açılması ilə bağlı gələn həftə müvafiq qərarlar açıqlanacaq.

“Məktəblərin açılması ilə bağlı növbəti həftədə Təhsil Nazirliyi tərəfindən brifinq keçiriləcək”.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu sahədə də müəyyən açılmalara gediləcək:

“Bu barədə məlumatlar veriləcək”.