memory-bot-cemiyyetin-verdis-fenomeni-oldu

“Memory Bot” cəmiyyətin vərdiş fenomeni oldu

Amerikalı jurnalist və yazıçı Devid Yuinq Dunkan keçmişdən olan anları saxlamağa və təkrar canlandırmağa, həmçinin mərhumların rəqəmsal surətləri ilə ünsiyyətdə olmağa imkan verən uydurulmuş “Memory Bot” texnologiyasından danışıb.

İlk “Memory Bot” — “MemBot z2000”-in işə salınması gurultulu olmuşdu. Qocalar xatirələrə dalmağı, özü də fərq etməz – xoş və ya ağır, lakin onlar üçün mühüm olanlara dalmağı — sevirdilər. Uşaqların da bu, ürəyincə idi, çünki onlar ulu baba-nənələrilə və digər çoxdan vəfat etmiş qohumları ilə söhbət edə bilərdilər. Tezliklə çıxan “MemBot z2000 Plus” yenilənməsi özünə hətta buna sərbəst hazırlanmamış insanların rəqəmsal surətlərinin yaradılması imkanını ehtiva edirdi.
İlk robot istehsalçıları müştərilərə keçmişdən hansı anları saxlamağı, hansılarını isə tamamilə, qismən və ya dörddə birini silinməsini seçim olaraq təklif edirdilər. İsitfadəçilər həmçinin nostaljini yandırıb-söndürməyi, müsbət və mənfi xatirələrin balansını tənzimləməyə bilirdilər.

Əlbəttə, yaddaşın heç bir halda təmizlənməsinin və ya redaktə edilməsinin mümkün olmadığını hesab edənlər də var idi. Belələrinin arasında hətta qorxunc hadisə yaşayanlar daxil idi. Onlar təkidlə “Biz mənfini onun təkrarlanmaması üçün xatırlamalıyıq” deyirdilər.

Hələ cinayətkarların şahidləri və müttəhimlərin öz xatirələrinə giriş tələb edən hüquq mühafizə orqanları barədə danışmağa belə dəyməz. Nəticədə polis tərəfindən sui-istifadə Ümumdünya konqressi şəxsi yaddaş mühafizəsi haqda qanunu qəbul etməyə şövq etdi.

Bu texnologiyanın işə salınmasının daha bir gözlənilməz nəticəsi ondan total şəkildə asılılıq oldu. İnsanlar xatirələrinə və ölülərlə ünsiyyətə o qədər dəlicəsinə qapılmışdılar ki, yeni təəssüratların əldə olunmasına laqeyd yanaşırdılar. Bəziləri hətta işlərini itrdi və çoxdan ölmüş nənəsinə suallar verərərk küçələri məqsədsiz dolanırdılar.

Vəziyyət nəzarətdən çıxdığı üçün təklif irəli sürüldü: bütün dünya hər həftə bir gün bütün rəqəmsal cihazlardan, o cümlədən “Memory Bot”-dan imtina etməlidir. Tədricən, “texnoloji şənbə” və ümumi qadcet istifadəsinin azaldılması sayəsində insanlıq xatirələr və reallıq arasındakı balansı qorumağı öyrəndi.

Buna baxmayaraq, ümumilikdə “Memory Bot” cəmiyyətin vərdiş edilmiş fenomeni və hissəsi oldu, çünki mübahisəli məsələlər həll olundu və bu texnologiya ilə sui-istifadəyə yol verməyən və onu təhlükəsiz etmiş qanunlar qəbul olundu.

Bir qayda olaraq, yeni cihazlar əvvəlcə insanları heyrətə salır, sonra qorxudur, ondan sonra isə bayağılığa çevrilir.