Merilin Monronun amerikalı pop-art klassiki Endi Uorhol tərəfindən çəkilmiş “Sage Blue Marilyn” portreti “Christie's” hərracında 195 milyon dollara satılıb.
Portretin 195 milyon dollara satılması ABŞ rəssamlarının hərracda satılan ən bahalı əsəri, həmçinin 20-ci əsrin ən bahalı rəsm əsəri kimi rekorda imza atıb.
Daha əvvəl məlumat verilmişdi ki, portretin hərracda satıldığı zaman gözlənilən dəyəri 200 milyon dollara yaxın qiymətləndirilirdi. Qeyd olunub ki, rəsm əsəri İsveçrənin Tomas və Doris Amman Fondu tərəfindən təqdim olunub. Satışdan əldə olunan gəlirin xeyriyyə işlərinə yönəldilməsi gözlənilir.
Oxu.Az