merkezi-bank-depozit-herraci-kecirecek

Mərkəzi Bank depozit hərracı keçirəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

İnsider.az xəbər verir ki, AMB-dən verilən məlumata görə, avqustun 14-də keçiriləcək hibrid depozit hərracında 100 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 12 gün təşkil edir.