merkezi-bank-faiz-qerarini-aciqladi-son-deqiqe

Mərkəzi Bank faiz qərarını açıqladı - SON DƏQİQƏ

AMB uçot dərəcəsini sabit saxladı

Bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.5%-də dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi də 7% səviyyəsində saxlanılmışdır.

İnsider.az xəbər veri ki, bunu qərarın ictimaiyyətə elan edilməsilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədi Elman Rüstəmov bildirib.

Xatırladaq ki, Mərkəzi Bank Sentyabr ayında uçot faiz dərəcəsinin 6.75%-dən 6.5%-ə endirilməsi haqqında qərar qəbul etmiş, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7% səviyyəsində müəyyən etmişdi. 

Mərkəzi Bankın sədri qeyd edib ki, neftin ucuzlaşması və geo-siyasi risklər faizin azaldılmasını çətinləşdirir.

Marja