Bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.25% səviyyəsində, faiz dəhlizinin aşağı həddinin də 6.75% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir.
İnsider.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8%-ə endirilib.
Elman Rüstəmov bildirib ki, faiz dəhlizinin yuxarı həddinin 9%-dən 8%-ə endirilməsi kredit faizlərinin düşməsinə səbəb olacaqdır.
Elman Rüstəmov bildirib:
-İnflyasiya bir qədər yüksəlsə də Mərkəzi Bankın 4%-6% olan hədəf aralığından aşağıdır.
-Mərkəzi Bank inflyasiyanın ilin sonunadək hədəf aralığından aşağı qalacağını gözləyir.