merkezi-bank-notlarini-tam-hecmde-yerlesdire-bilmedi

Mərkəzi Bank notlarını tam həcmdə yerləşdirə bilmədi

24 aprel 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101773S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

İnsider.az xəbər verir ki, hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.3053 AZN (8.99%) ilə 99.3625 AZN (8.24%) arasında olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 285 milyon 624 min 600 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.3053 AZN (8.99%), orta ölçülmüş qiyməti 99.3117 AZN (8.91%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 285 milyon 624, min 600 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 22.05.2019