merkezi-bank-novbeti-depozit-herracini-elan-etdi

Mərkəzi Bank növbəti depozit hərracını elan etdi

16 mart 2020-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

İnsider.az xəbər verir ki, hibrid hərrac vasitəsilə 100 000 000 (yüz milyon) manat cəlb edilməsi nəzərdə tutulur. 

Depozit həracı üzrə müddət 14 gün, faiz dərəcəsi: 5,51% - 7,24% aralığında müəyyən edilib.

Xəbər verdiyimiz kimi, 11.03.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 313 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil etmişdi. 

10.03.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 268 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil etmişdi. Mərkəzi Bank 14 gün müddətinə 100 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu məbləği də cəlb edib.