merkezi-bank-valyuta-ehtiyatlarini-aciqladi

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

28 İyun 2019-cu il tarixinə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 5 milyard 939,4 milyon dollar təşkil edib.

İnsider.az xəbər verir ki, Mərkəzi Bankın məumatına görə, may ayının sonu ilə müqayisədə İyunda rəsmi valyuta ehtiyatları 68,5 milyon dollar artıb.

Valyuta ehtiyatları ilk 5 ay ərzində 313,7 milyon dollar, ötən ilin iyun ayının sonu ilə müqayisədə isə 426,7 milyon dollar artıb.