2020-ci ilin Fevral ayında Mərkəzi Bankın valyuta ehtiyatları 60,1 milyon dollar artıb.
İnsider.az Mərkəzi Banka istinadən xəbər verir ki, 28 Fevral 2020-ci il tarixində valyuta ehtiyatları 6 milyard 400 milyon 400 min dollar təşkil edib. Yanvarın sonunda valyuta ehtiyatları 6 milyard 340 milyon 800 min dollar çatmışdı.
2020-ci ilin 2 ayı ərzində Mərkəzi Bankın valyuat ehtiyatları 142,9 milyon dollar artıb.
30 Dekabr 2019-cu il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 258 milyon dollar təşkil etmişdi.