31 İyul 2019-cu il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 962,8 milyon dollar təşkil edib.
İnisder.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, İyun ayının sonu ilə müqayisədə 23,4 milyon dollar çoxdur.
Cari ilin 7 ayı ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 337 milyon dollar artıb.
Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, 337 milyon dolların təxminən 100 milyon dollardan çoxu xarici idarəetmədən əldə edilib: "Baxmayaraq ki, beynəlxalq maliyyə bazarlarında vəziyyət kifayət qədər mürəkkəbdir və faiz dərəcələri aşağıdır. Biz ili 3,2 faiz gəlirlə başa vurmağı düşünürük".
Rəsmi valyuta ehtiyatları (mln. USD)
Tarix Dəyər
31/07/2019 5962.8
28/06/2019 5939.4
31/05/2019 5870.9
30/04/2019 5789.0
29/03/2019 5778.6
28/02/2019 5761.9
31/01/2019 5655.9
29/12/2018 5625.7