merkezi-bankda-25-il-islemis-sexs-sigorta-sirketine-sedr-teyin-edildi

Mərkəzi Bankda 25 il işləmiş şəxs sığorta şirkətinə sədr təyin edildi

Mahir Niftəliyev “Günay Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

İnsider.az xəbər verir ki, İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Sabir Quliyev əvvəlki vəzifəsinə - Direktorlar Şurasının sədrinin müşaviri vəzifəsinə geri qayıdıb.

Şirkətin İdarə Heyətinin sədri vəzifəsinə Mahir Niftəliyevin təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat göndərilib.

Mahir Niftəliyev 25 il Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərib.

İdarə Heyətinin üzvü vəzifəsinə isə şirkətin Regional Satış Kanallarının İnkişafı və İdarə Edilməsi şöbəsinin müdiri Ramin İsmayılov təyin olunub.

Xatırladaq ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 27 ili əhatə edir. "Günay Sığorta" ASC 19 könüllü və 4 icbari sığorta növü üzrə 10 nümayəndəlik və 100-dən çox satış nöqtəsi ilə müştərilərinə xidmət göstərir.

Marja