merkezi-bankda-qlobal-iqtisadi-meyillerin-maliyye-bank-sektoruna-tesirleri-muzakire-edilib

Mərkəzi Bankda qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri müzakirə edilib

Azərbaycan Mərkəzi Bankında (AMB) qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri müzakirə edilib.

Bu barədə AMB-nin sədri Taleh Kazımov özünün "Twitter" hesabında yazıb.

"Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən banklarının rəhbərləri ilə növbəti görüşümüz oldu. Görüşdə son makroiqtisadi meyillər və proqnozlar, həmçinin 2022-ci il üzrə bank sektorunun yekunlarına dair təqdimatlar keçirildi.

Təqdimatlar zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya ,faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, eyni zamanda bank sektoru üzrə 2022-ci ilin nəticələri, son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edildi", - T. Kazımov qeyd edib.

Report