merkezi-bankin-notlarina-1-milyard-manatliq-sifarisler-verilib-herracin-neticesi

Mərkəzi Bankın notlarına 1 milyard manatlıq sifarişlər verilib - HƏRRACIN NƏTİCƏSİ

6 yanvar 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50100189S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 99.5167 (6.24%) və  99.5543 (5.76%) olan 27 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyard 345 min 400 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543  (5.76%), orta ölçülmüş qiyməti 99.5543  AZN (5.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 250 milyon manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 03.02.2021-ci ildir.