merkezi-bankin-notlarina-altiqat-teleb

Mərkəzi Bankın notlarına altıqat tələb

3 iyul 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101076S  dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

İnsider.az xəbər verir ki, hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.4966 AZN (6.51%) olan 25 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 629 milyon 434 min 400 manat olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4966 AZN (6.51%), orta ölçülmüş qiyməti 99.4966  AZN (6.51%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 31.07.2019