merkezi-bankin-notlarina-boyuk-meblegde-sifarisler-teqdim-edilib

Mərkəzi Bankın notlarına böyük məbləğdə sifarişlər təqdim edilib

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

İnsider.az xəbər verir ki, 30 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 170 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5351 AZN (6.00%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 655 milyon 991 min 200 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351 AZN (6.00%), orta ölçülmüş qiyməti 99.5351 AZN (6.00%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 milyon manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 28.11.2019