merkezi-bankin-sedri-banklarin-nagdsiz-odenis-tariflerini-nezarete-goturdu

Mərkəzi Bankın sədri bankların nağdsız ödəniş tariflərini nəzarətə götürdü

Bu gün Mərkəzi Bankda faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair mətbuat konfransı keçirilib. Jurnalistlərdən biri, son vaxtlar bir sıra bankların nağdsız ödənişlərə görə aşağı olan komissiyaları (tarifləri) artırdıqları barədə soruşub. Jurnalist qeyd edib ki, tariflərdə artımlar nağdsız ödənişlərin inkişafını ləngidə və yenidən nağd ödənişə qayıdışı sürətləndirə bilər.

Mətbuat konfransında Mərkəzi Bankın yeni sədri Taleh Kazımov, jurnalistdən konkret hansı tariflərin artırıldığı barədə məlumatları Mərkəzi Banka təqdim etməyi xahiş edib:

“Fərqanə xanım, xahiş edirəm, mətbuat konfransından sonra hansı xidmətlər üzrə tariflərin artırıldığı barədə Mərkəzi Banka məlumat verərdiniz, biz məsələni araşdıraq və təhlilimizi apararaq. Mənim əldə etdiyim məlumata əsasən, bugün tariflərdə hansısa ciddi artımları müşahidə etmirik. Konkret hansı nağdsız əməliyyatlar üzrə komissiyaların artırıldığı barədə bizə verəcəyiniz məlumat işimizə kömək edə bilər”.

Marja