Mərkəzi Bankın iyun ayının əvvəlinə olan rəsmi valyuta ehtiyatlarının həcmi 6 milyard 460,4 milyon ABŞ dolları olub.
AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz, aylıq müqayisədə isə 1,5 faiz artıb.
Qeyd edək ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi may ayının əvvəlinə 6 milyard 367,6 milyon ABŞ dolları, 2020-ci ilin eyni dövründə 6 milyard 414,4 milyon ABŞ dolları olub.