merkezi-bankin-valyuta-ehtiyatlari-artib

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

30 Avqust 2019-cu il tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 4.3 milyon dollar təşkil edib.

İnsider.az Mərkəzi Banka istinadən xəbər verir ki, İyulun sonunda ehtiyatlar 5 milyard 962,8 milyon dollar idi.

Beləliklə, Avqustda Mərkəzi Bankın valyuta ehtiyatları 41,5 milyon dollar artıb.

Ehtiyatlar 2019-cu ilin 8 ayı ərzində isə 623,1 milyon dollar yüksəlib.

2014-cü ilin İyulunda 15 milyard 193.4 milyon dollara çatan Mərkəzi Bankın valyuta ehtiyatları 2016-cı ilin dekabrında 3 milyard 974.4 milyon dollara düşmüşdü. Ehtiyatların "əriməsinə" devalvasiyalar səbəb olmuşdu.