2021-ci ilin yanvar ayının sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi beynəlxalq ehtiyatlarının həcmi 6 milyard 365,2 milyon ABŞ dolları təşkil edib.
AMB-dən əldə edilən məlumata görə, beynəlxalq valyuta ehtiyatların həcmi 2020-ci ilin yanvar ayı ilə müqayisədə 0,4 faiz artıb.
Əlavə edək ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə valyuta ehtiyatlarının həcmi artsa da əvvəlki ayla (dekabr, 2020) müqayisədə cüzi də olsa (0,06 faiz) azalıb.
Bankın analitik balans göstəricilərinə əsasən, ötən ay pul bazasının həcmi 14 milyard 109,3 milyon manat təşkil edib və bu, ötən ilin eyni dövrünə nisbətən 10,7 faiz çox olub. Buna baxmayaraq, əvvəlki ayla (dekabr, 2020) müqayisədə pul bazasının həcmi 6,7 faiz azalıb.
Manatla pul bazasının həcmi isə 12 milyard 782 milyon manat olub ki, bu, 2020-ci ilin əvvəlinə nəzərən 10,7 faiz çox, dekabr ayı ilə müqayisədə isə 5,8 faiz azdır.