2020-ci ilin Noyabr ayında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 56.3 milyon dollar azalıb.
İnsider.az xəbər verir ki, 2020-ci ilin Oktyabr ayının sonunda 6 milyard 467.8 milyon dolar olmuş valyuta ehtiyatları Noyabr ayının sonunda 6 milyard 411.5 milyon dollaradək düşüb.
2020-ci ilin Oktyabr ayında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 23.6 milyon dollar azalmışdı.
Valyuta ehtiyatları, milyon ABŞ Dolları ilə
30.11.2020 6411.5
30.10.2020 6467.8
30.09.2020 6491.4
31.08.2020 6483.9
30.07.2020 6468.7
30.06.2020 6436.3
31.05.2020 6414.4
30.04.2020 6401.7
31.03.2020 6393.8
28.02.2020 6400.9
31.01.2020 6340.8
30.12.2019 6258.0
Oktybarın 31-də Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdi:
"2020-ci ilin sonunadək biz valyuta bazarında hər hansı bir dəyişiklik olacağını gözləmirik. Əgər bazarda əlavə bir ehtiyac çıxarsa, son 2 ayda, biz bu valyutanı (alınmış vəsaiti - red) bazara qaytarmağa hazırıq. Bizim ilin sonuna proqnozumuz Mərkəzi Bankın valyuta ehtiyatlarının stabil qalmasıdır və ya bir qədər də artmasıdır. Biz azalacağını gözləmirik”.
Marja