meshur-amerikali-milyarder-vefat-etdi

Məşhur amerikalı milyarder vəfat etdi

Amerikalı milyarder, filantrop və keçmiş ABŞ prezidentliyinə namizəd olan Ross Pero Texasdakı evində 89 yaşında vəfat edib. İnsider.az bu barədə “Reuters”-ə istinadla xəbər verir.

Ölüm səbəbi leykemiya olub – Pero bu xəstəliklə 2019-cu ilin fevralından mübarizə aparıb.

Genri Ross Pero 1930-cu ilin iyunun 27-i anadan olub. 1953-cü ildə ABŞ-ın Hərbi-Dəniz Akademiyasını bitirib və sonra dörd il donanmada xidmət edib. O, ilk dəfə kompüterlə məhz təhsil adığı müddətdə qarşılaşıb.

1957-ci ildə Pero “IBM”-ə kompüter satıcısı olaraq işə qəbul olub. 1962-ci ildə o, yanvarın 19-na illik satış normasını icra etməyə nail olub. Eyni ildə rəhbərliklə mübaisələrdən sonra Pero, rəfiqəsindən 1000 dollar borc götürərək, öz şəxsi “Electronic Data Systems” (EDS) şirkətini təsis edib.

“EDS” kompüter avadanlıqlarının və verilənlər emalı üzrə xidmətlərin təchizatı ilə məşğul idi. Şirkət NASA və digər hökümət müəssisələrinə xidmət edirdi.

1984-cü ildə Pero “EDS” “General Motors”-a satır və 800 milyon dollarla “GM”-in səhm paetini əldə edir. Lakin iki il sonra rəhbərliklə mübahisələr üzündən “GM”-i tərk edir və öz səhmlərinə görə 700 milyon dollar alır.

1988-ci ildə yeni “Perot Systems”-i təsis edir – bu şirkət də İT-infrastrukturun inkişaf edilməsi üzrə xidmətlərin üzərində ixtisaslaşır. Əsas iş istiqamətlərindən biri tibbi sənədlərin rəqəmsallaşdırılması idi.

Pero həmçinin Stiv Cobsun korporativ münaqişə nəticəsində “Apple”-ı tərk etdiyindən sonra 1985-ci ildə təsis etdiyi “NeXT Computer”-in əsas investoru idi. O, şirkətə 20 milyon dollar yatırım etmişdi.

Bundan başqa, Pero müstəqil namizəd kimi iki dəfə ABŞ prezident seçkilərində iştirak edib. 2000-ci ilə isə Pero siyasətdən uzaqlaşaraq, özünü filantropluğa həsr edir. Qeyd edək ki, 2019-cu ilin aprelində “Forbes” Peronun var-dövlətini 4,1 milyard dollar dəyərində qiymətləndirib.

Samirə Məmmədova