meshur-antivirus-sirketinin-kecmis-rehberi-intihar-edib

Məşhur antivirus şirkətinin keçmiş rəhbəri intihar edib

Tezliklə ABŞ-a ekstradisiya olunması gözlənilirdi.

Dünyanın ən məşhur antivirus şirkətlərindən birinin keçmiş rəhbəri, qalmaqallı biznesmen Con McCafee dünən gecə Barselona həbsxanasında intihar edib.

Dünən səhər İspaniya məhkəməsi 76 yaşlı McCafee-nin ABŞ-a ekstradisiya olunması barədə qərar çıxarmışdı.

Bir zamanların ən məşhur və böyük antivirus və kibertəhlükəsizlik şirkətlərindən birini quran, daha sonra ordan ayrılsa da, soyadı həmişəlik şirkətlə birlikdə qalan Con McCafee (John McAfee) 2016-2018-ci illərdə ABŞ-da vergi cinayətlərinə yol verməkdə, milyonlarla dollar vergi borcunu ödəməkdən imtina etməkdə və öz yaxınlarını da buna təhrik etməkdə günahlandırılırdı.

“Mən səkkiz il vergi ödəməmişəm və bundan sonra da ödəməyəcəm. Çünki onlar konstitusiyaya zidd və qanunsuzdur.” – McCafeee 2019-cu ildə öz yaxtasında ABŞ-ı tərk edərkən France-Presse agentliyinə qalmaqallı müsahibəsində bildirmişdi.

McCaffee ötən ilin oktyabrında ABŞ-da açılan cinayət işi ilə əlaqədar Barselona aeroportunda həbs edilmişdi. Onun atasının da, Con hələ 15 yaşında olarkən özünü güllələyərək intihar etdiyi bildirilir.

Marja