“Tetra Pak” transmilli korporasiyasının banisi, 93 yaşlı iş adamı Hans Rausinq vəfat edib.
İnsider.az "Reuters"-a istinadla xəbər verir ki, bu barədə iş adamının ailəsi məlumat verib.
O, Britaniyadakı evində, yuxuda ikən dünyasını dəyişib. Rausinq 1950-ci illərdən “Tetra Pak”a rəhbərlik edir və şirkəti ailə biznesindən transmilli korporasiyaya çevirib.
Şirkətin illik dövriyyəsi 10 milyard avrodan çoxdur. Rausinqin sərvəti 12 milyard dollardır.
© Oxu.az