Böyük Britaniyanın ən böyük pərakəndə satış şəbəkələrindən olan “Marks & Spencer” (M&S) bu ilin 26 fevral-26 sentyabr tarixlərində 87,6 milyon funt sterlinq zərər edib. Halbuki, şirkət ötən ilin eyni dövründə 158,8 milyon funt-sterlinq mənfəət əldə etmişdi.
Xarici mətbuat xəbər verir ki, bu, şirkətin tarixində 94 ildən sonra ilk dəfə baş verib.
Hesabat dövründə satış şəbəkəsinin gəlirləri 15,8% azalaraq 4,09 milyard funt sterlinqə düşüb.
“Marks & Spencer” Azərbaycanda da ("Port Baku"da) fəaliyyət göstərir.
“Report”