ABŞ-ın əyləncə sənayesinin ən böyük şirkətlərindən biri olan “Walt Disney” koronavirus pandemiyası səbəbindən tematik parklarında işləyən 28 min nəfəri işdən çıxarmağı planlaşdırır.
“Dünya” qəzeti xəbər verir ki, COVID-19 infeksiyasına görə “Walt Disney”in Kaliforniya mərkəzli tematik parklarının uzun müddət bağlı qalması, açıq parklara gələnlərin sayının isə məhdud olması şirkəti işçilərin sayını azaltmağa məcbur edir.
Bildirilir ki, işdən çıxarılması planlaşdırılan 28 min nəfərin təqribən 67 faizi natamam iş günü ilə işləyənlər olacaq.