metanol-ixracindan-gelir-9-defeden-cox-artib

Metanol ixracından gəlir 9 dəfədən çox artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 23,9 mln. dollarlıq metanol (metil spirti) ixrac edib.

İnsider.az xəbər verir ki, ötən ilin müvafiq dövründə bu göstərici 2,6 mln. dollar təşkil edib. Beləliklə, metanol ixracında 9 dəfədən çox artım qeydə alınıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında 145,1 min ton metanol istehsal edilib.

Bu həcm ötən ilin müvafiq dövründən 7,2 dəfə çoxdur.

Xatırladaq ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib.

Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

©“Report”