metronun-fealiyyetinin-dayandirilma-muddeti-uzadildi

Metronun fəaliyyətinin dayandırılma müddəti uzadıldı

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci ilin sentyabrın 15-dək dayandırılıb.

İnsider.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında qeyd edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə pandemiyaya görə Bakı Metropoliteninin fəaliyyəti iyulun 4-dən dayandırılıb. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, metropolitenin fəaliyyəti ilə bağlı məsələ müzakirə mövzusudur. Bununla bağlı müzakirələr hazırda davam etdirilir.