meymunciceyine-qarsi-kutlevi-peyvende-ehtiyac-var-ust-resmisi-aciqladi

Meymunçiçəyinə qarşı kütləvi peyvəndə ehtiyac var? - ÜST rəsmisi AÇIQLADI

“İnsanların meymunçiçəyi xəstəliyinə qarşı kütləvi peyvənd edilməsi tövsiyə olunmur”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun rəhbəri Hans Kluge məlumat verib.

“İndi buna (kütəvi vaksinasiyaya) ehtiyac yoxdur. Məqsədli şəkildə, viruslu xəstə ilə kontaktdan əvvəl və ya sonra, tibb işçiləri də daxil olmaqla lazımdır”, - deyə o ÜST-nin “Twitter” səhifəsində yayımlanan brifinqdə bildirib.

Kluge vurğulayıb ki, hazırda meymunçiçəyi xəstəliyinin yayılması ilə mübarizə üçün kifayət qədər peyvənd yoxdur, əlavə olaraq, onların istifadəsi ilə bağlı məlumatlar tam öyrənilməyib.

O, həmçinin xatırladıb ki, Avropa virusun yayılmasının episentri olaraq qalır. Kluge xəstəlik haqqında məlumatlılığı artırmaq, məlumat paylaşmaq və virusun yayılmasına nəzarət etməklə bu epidemiyanın qarşısını almağa çağırıb.

Oxu.Az