mezuniyyetde-olarken-islemek-istemeyenler-ucun-7-qayda

Məzuniyyətdə olarkən işləmək istəməyənlər üçün 7 QAYDA

İş potensialınızı nə dərəcədə yaxşı bərpa edəcəyiniz işdən istirahətə keçmək bacarığınızdan asılıdır. Aparılan bəzi müşahidələrin nəticələrinə əsasən, britaniyalıların 36%-i nəsə mühüm bir şeyi əldən verməməkdən ötrü məzuniyyətdə də ofislə əlaqədə olurlar.

Jurnalist və biznes barədə kitabların müəllifi Raymer Riqbi hesab edir ki, məzuniyyət əmək haqqı və ya təqaüd kimi işin tərkib hissəsidir və ondan imtinanı qazancdakı itki kimi qiymətləndirmək olar. 

Məzauniyyət zamanı yalnız istirahət etmək, asudə vaxtdan həzz almaq istəyirsinizsə 7 qaydaya əməl etməniz kifayətdir.  

Birinci qayda: İşi bitirmək və vəzifə öhdəliklərini bölüşdür

Cari işləri bitirib yeni tapşırıqları götürməməyə çalışın. Yerdə qalanlarını isə həmkarlarınız arasında bölüşdürün. Bu həm də həmkarlarınıza və tabeliyinzdə olanların peşəkarlığına inamınızın göstəricisidir. 

Əgər distant çalışırsınızsa, işləri müştərilər sizin əyani və ya onlayn olmağınızı tələb etməyən işlərlə məşğul olması istiqamətində planlaşdıra biləsiniz. Məsələn,  təqdimata baxmaq, mətnləri oxumaq, layihə üzrə texniki tapşırığı hazırlamaq və s.

İkinci qayda: Smartfondakı poçt bildirişlərini söndür

Ən yaxşı variant yığılmış məktubları məzuniyyətə kimi qaydaya salmaq, avtocavablayıcını qoşmaq və işdə olmayacağın müddətə digər əməkdaşın e-mail-ını saxlamaqdır. Əgər poçt haqda tamamilə unutmaq mümkün olmursa, ona nə qədər zaman ayıracağınızı müəyyən edin. Misal üçün, ailə və dostlarınızla ünsiyyətdən yayınmamaq üçün günün sonunda 10 dəqiqə ayırın. Tədricən yoxlamalar arasındakı intervalları artırmağa və özünü poçtsuz hər günə görə mükafatlandırmağa çalışın.

Bundan başqa, filtrləri ayarlamaq və ancaq məzuniyyətin sonuna kimi gözləyə bilməyəcək ismarışları qəbul etmək olar. Ekspertlər “məktubların da iş olduğunu qəbul etməyi” məsləhət görür.

Üçüncü qayda: İş yerini səliqəyə sal

Yığılmış kağızları lazımi qovluqlara düzməyə və artıqları tullamağa çalışın. Bu, elektron sənədlərə də aiddir: kompüteri təmizləmək, anlaşılmaz ad verilmiş və ya çətin tapılan faylların adlarını dəyişmək və bütün lazımsız faylları silmək olar.

Məzuniyyətdən bir həftə qabaq işləri səliqə-sahmana salmaq və qalan bütün günlərdə onu qorumağa çalışmaq daha yaxşıdır, çünki ən son anda buna vaxt qalmır.

Dördüncü qayda: Gizli istirahət günləri təşkil et

Səyahətdən qabaq və sonraya iki gizli məzuniyyət günü planlaşdırmağa cəhd edin. Hamı sizin artıq getdiiyinizi və ya hələ də qayıtmadığınızı düşünsün. Səyahətdən qabaqkı gün sizə ən son anda yaranmış iş tapşırıqları, sənədlərə və məktublara yayınmadan sakitcə yır-yığış etməyə imkan verəcək. Qayıdan da isə əlavə gün əşyaların yerbəyer edilməsi, ev işlərinin həlli və işə köklənmək üçün lazımdır.

Beşinci qayda: Özünlə iş götürmə

Məzuniyyətə özünlə nöutbuk götürmək adət halını alıb. Lakin istirahət də güc və zaman tələb edir. Ən yaxşısı işə çıxmazdan bir az vaxt ayırıb ilk həftəyə plan hazırlamaqdır.

Altıncı qayda: İstirahəti planlaşdır

Bir çoxları elə zənn edir ki, əsl istirahət heçnə planlaşdırmamaqdan ibarətdir. Əslində isə bu, tətili korlayır, xüsusilə də əgər siz tək istirahət etmirsinizsə. İstirahətinizi necə keçirmək istədiyiniz düşünün və maksimal bərpa olunmağa kömək edəcək variantı seçin.

Yeddinci qayda: Faydalı vərdiş 

İyirmi dəqiqə meditasiya, gündəlik mütaliə, dadlı qəlyanaltıların hazırlanması və ya ailəlikcə müntəzəm axşam gəzintisi istirahətə köklənməyə kömək edəcək. Beyinə yaradıcılıq üçün impuls vermək üçün nəsə yeni bir şey sınayın – bu, kulinariya üzrə ustad dərslər , idman, rəsm və ya musiqi də ola bilər.

Diqqətin başqa yerə yönəlməsi gələcəkdə iş tapşırıqları üçün incə həllər tapmağa kömək edəcək, yeni faydalı vərdişləri isə istirahətdən sonra da tətbiq etmək mümkün olacaq.

Başqaları işlədiyi vaxt siz istirahət etdiyiniz üçün özünüzü günahlandırmağa və işlər barədə həyəcan keçirməyə dəyməz – işəgötürənlərin əksəriyyəti tam bərpa olunmanın zəruriliyini anlayır və bunu təşviq edir.

Samirə Məmmədova