Çində karantin başa çatsa da Microsoftun müşahidələrinə görə, Teams mesencerinin istifadəçilərinin sayı iki qat artıb.
“Microsoft 365”-in rəhbəri Cared Spataronun sözlərinə görə, Covid-19 pandemiyası iş və təhsilin formatını həmişəlik dəyişdirən dönüş nöqtəsidir.
2020-ci ilin mart ayında “Microsoft Teams” korporativ çata olan tələbat bütn dünyada artıb. Bir həftə ərzində istifadəçilərin sayı 32 milyondan 44 milyona yüksəlib.
Şirkət həmçinin çatdan istifadə üzrə rekordu da qeyd edib. Belə ki, mart ayının 31-də bir gün ərzində çatdan 2,7 milyar dəqiqə istifadə edilib. Bu göstərici pandemiya ilə əlaqədar müxtəlif sahələr üzrə məsafəli işin nəticəsidir.
“Bununla yanaşı kompüter və noutbooklara da olan tələbat artıb, çünki iPad-lar evdən işləmək üçün əlverişli deyil”, - Cared Spataro deyib.
İnsider.az xəbər verir ki, onun fikrincə məsafəli işə olan tələbat pandemiyadan sonra da davam edəcək.
“Hazırda Çin və Sinqapurda baş verənlər – sanki zaman makinasını xatırladır. Cəmiyyətdə yeni iş formatı və məhdudiyyətləri tətbiq edilir. Pandemiya başa çatdıqdan sonra yeni norma meydana gələcək, biz hələ uzun müddət bu yeni alətdən istifadə edəcəyik”, - deyə Spataro bildirib.