microsoft-un-bazar-deyeri-ilk-defe-1-trilyon-dollara-catib

"Microsoft"un bazar dəyəri ilk dəfə 1 trilyon dollara çatıb

"Microsoft Corp"un bazar dəyəri ilk dəfə 1 trilyon dollar səviyyəsini aşıb. Şirkətin dəyəri, bulud proqramlaşdırma hissəsinin (departamentinin) böyüməyə davam edəcəyi istiqamətində ortaya qoyulan proqnozların təsiri ilə artıb.

İnsider.az xəbər verir ki, "Microsoft"un səhmləri 4,4 faiz artımla 130,54 dollar səviyyəsinə qalxıb, bazar dəyəri 980 milyard dollar olan "Apple Inc"i geridə qoyub.

"Microsoft" səhmləri ilin əvvəlindən bu yana 23 faiz bahalaşıb.

Şirkətin bulud proqramlaşdırma bölməsi "Azure", 31 Martda sona çatan üçünü rübdə 73% böyüyüb.

Üçüncü rübdə "Microsoft"un xalis mənfəəti 7,42 milyard dollardan 8,81 milyard dollara yüksəlib. Səhmbaşına dividend 96 cent səviyyəsindən 1,15 dollar səviyyəsinə qalıb.

"Microsoft"un gəlirləri də üçüncü rübdə 14 faiz artımla, 29,84 milyard dollar olan proqnozun üzərində - 30,57 milyard dollar təşkil edib.