Keçən ilin oktyabr-dekabr dövrünü 2021-ci maliyyə təqvimində ikinci rüb olaraq qəbul edən Microsoft şirkəti maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin xalis mənfəəti, keçən ilin oktyabr-dekabr dövründə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 33% artaraq 15,5 milyard dollara yüksəlib. Şirkətin xalis mənfəəti 2019-un eyni dövründə 11,7 milyard dollar olmuşdu.
Hesabat dövrdə şirkətin gəlirləri də 36,9 milyard dollardan 43,1 milyard dollara yüksələrək 17% artıb.
Şirkətin bir səhminə düşən mənfəəti bu dövrdə 1,51 dollardan 2,03 dollara yüksəlib.
Söz mövzusu dövrdə Microsoft-un bulud seqmentindəki gəliri 23% artaraq 14,6 milyard dollara yüksəlib, Azara platformasının gəliri 50% artıb. Microsoftun oyun konsolu Xbox-dan əldə edilən gəlir isə eyni dövrdə 40% artım qeyd edib.
Microsoft-un İcraçı direktoru Sata Nadella, "Keçən il şirkətlər rəqəmsala keçidi sürətləndiriblər" deyib. Nadella, Microsoftun dünyanın ən böyük və əhatəli bulud platforması ilə bu keçidi gücləndirdiyini qeyd edib.
Marja