mida-sirvanda-sosial-evler-tikecek

“MİDA” Şirvanda "sosial evlər" tikəcək

Şirvan şəhərində "sosial evlər"in tikilməsi planlaşdırılıb.

Bununla bağlı Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus “MİDA” MMC təkliflər sorğusu elan edib.

Məlumata görə, bunun üçün Şirvan şəhərinin Naxçıvan küçəsində 8,1 hektar ərazi nəzərdə tutulub.

Bildirilib ki, sözügedən ərazidə şəhərsalma üzrə əsaslandırılma, tikinti layihəsinin hazırlanması və müəllif nəzarəti işləri üzrə sorğuda iştirak etmək istəyənlər təkliflərini oktyabrın 27-si, saat 17:00-a qədər şirkətə təqdim edə bilərlər.

Report