mikayil-cabbarov-azerbaycanda-innovasiya-siyaseti-daha-aydin-teqdim-edilmelidir

Mikayıl Cabbarov: "Azərbaycanda innovasiya siyasəti daha aydın təqdim edilməlidir"

"Azərbaycanda innovasiya siyasəti daha aydın təqdim edilməlidir".

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirilən "Baku ID" innovasiya festivalında deyib. O bildirib ki, bunun üçün uğurlu başlanğıclar edilməlidir:

"Sessiyadan əvvəl aparılan müzakirələrdə sahibkarların və ya tənzimləyicilərin üzləşdikləri çətinliklərin həm də qanunvericilikdəki boşluqlardan irəli gəldiyi bildirildi. Biz ekosistemi təmin etməli, maliyyəyə çıxış və vençur kapitalının cəlbi ilə bağlı işlər görməliyik. Hazırda rəqəmsal texnologiyanın transformasiyası mərkəzini işə salırıq. Bunun üçün müvafiq yerlər ayırdıq. Məqsəd sahibkarlar üçün platforma təmin etməkdir".

Qeyd edək ki, Bakıda SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi ilə yaradılmış Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan "Baku ID" innovasiya festivalı keçirilir. Tədbirdə 200-dən artıq yerli və xarici investor, 100-dən artıq xarici və yerli startap, 5 000 iştirakçı və 50-dən artıq tərəfdaş yer alır.

Oxu.Az