Bu ilin birinci rübü ərzində Azərbaycanın regionlarından 353,1 milyon manat məbləğində vergi yığılıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
“Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21% çoxdur”, - nazir qeyd edib.