İqtisadiyyat naziri Mikayıl Cabbarov Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov ilə görüşüb.
Bu barədə Mikayıl Cabbarov özünün “Facebook” səhifəsində məlumat verib.
“Ölkələrimiz arasında iqtisadi əlaqələrin təşviqi, investisiya imkanlarının müəyyənləşdirilməsi, nəqliyyat-tranzit sahəsində əməkdaşlıq və Bolqarıstana qaz tədarükü ilə bağlı məsələləri müzakirə etdik”, - deyə o qeyd edib.