milli-marketinq-forumunun-spikerleri-ile-gorus-kecirilib-foto-video

Milli Marketinq Forumunun spikerləri ilə görüş keçirilib! - FOTO/VİDEO

Azərbaycanın yeganə rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru “Azerlotereya”nın baş sponsorluğu, 2010-cu ildən Türkiyənin ən gənc və uğurlu tədqiqat şirkətlərindən biri olan “Future Bright International” MMC-nin sponsorluğu, ölkənin sevilən enerji içkilərindən olan “Bizon”, SMG şirkətinin və 2003-cü ildən fəaliyyət göstərən “Başkent” restoran və şirniyyat evi şəbəkəsinin dəstəyi ilə bu il VIII dəfə keçiriləcək Milli Marketinq Forumunun moderator və spikerlər ilə keçirilmiş görüş zamanı forumda baş tutacaq panellərin mövzuları əhatəsində müzakirələr aparılıb.

Azərbaycan və Türkiyədən dəvət olunmuş spikerlər Milli Marketinq Forumunda spiker olmaqdan məmnun olduqlarını bildiriblər.

Qeyd edək ki, 10-11 iyun tarixlərində keçiriləcək və 2 gün davam edəcək forumun ilk günü “Milli Keyslər”, “Data və İstehlakçı davranışı”, “Media və Reklam”, ikinci günü isə “Ziddiyyətlərin debatı”, “Strateji kommunikasiya”, “Riteyl, Satış və Ticari Marketinq”, “Rəqəmsal Marketinq” panellərinə həsr edilib və bu panellər əhatəsində ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin qarşılaşdığı 11 ən mühüm problemə qarşı öz çıxış yolumuzu tapmağı qarşısına hədəf qoyub.

Milli keyslər paneli “Sağlam Ailə” klinikasının icraçı direktoru Nigar Rüstəmlinin moderatorluğu ilə baş tutacaq. Panel çərçivəsində “Ballı Bisi” şirniyyat evinin təsisçisi Esmira Avilova, “Veysəloğlu” Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvü, “Oba” Marketlər Şəbəkəsinin İdarə Heyətinin Sədri Vüsal Şərifov və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri, İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Şurasının Həmtəsisçisi və Prezidenti Vasif Eyvazzadə öz təcrübələrini paylaşacaqlar.

“Future Bright” şirkətinin Azərbaycan üzrə ölkə direktoru Könül Əliyevanın moderatorluğu ilə “Data və İstehlakçı davranışı” panelində Bilgi universitetinin istehlakçı davranışı üzrə təlimçisi Akan Abdula, “Usespots” şirkətinin təsisçisi Mustafa Dalcı və “Kapital Bank”ın marketinq ekspert mərkəzinin lideri Günel Mavliyarova spiker qismində çıxış edəcəklər.
Marketinq Peşəkarları Birliyi, Brendinq və Kommunikasiya üzrə müstəqil məsləhətçi Elnur Nurəlinin moderator olacağı “Media və Reklam” paneli ADRA Strateji İnkişaf və Kommunikasiya şöbəsinin müdiri Elçin Mahir, “Azad Azərbaycan” televiziyasının İcraçı direktoru İsmayıl Həsənov, “Starcom” şirkətinin direktoru Ziya Yusifov və “Vostok” TV-nin vitse-prezidenti, eyni zamanda “Beylimedia” şirkətinin təsisçisi Şəhriyar İmanbəylinin çıxışı ilə baş tutacaq.

Forumun ikinci günü gündəmə gətiriləcək “Ziddiyyətlərin debatı” paneli DJ Fatehin moderatorluğu ilə “Söhbətgah” layihəsinin həmtəsisçiləri Tural Yusifov və Əli Xəyyam, rejissor İlham Qasımovun müzakirələri əsasında keçiriləcək.

“Strateji kommunikasiya” paneli isə “Synergy Partnership” şirkətinin baş direktoru Rüfət Abbasovun moderatorluğu, “Azercell” Korporativ Kommunikasiya şöbəsinin rəhbəri Sona Abbasova və “Paşa Holdinq” Korporativ Kommunikasiya şöbəsinin rəhbəri Aytac Muxtarzadənin çıxışına həsr olunacaq.

“Riteyl, Satış və Ticari Marketinq” paneli “Blue Planet Distribution” şirkətinin marketinq meneceri Nuranə İsgəndərovanın moderatorluğu ilə baş tutacaq. Paneldə “Veysəloğlu” MMC-nin CRM direktoru Fuad Məmmədov, “Army Group”un İdarə Heyətinin üzvü Kamal Mirzəyev və “Azərsun Holding”in Marketinq direktoru Derya Cantutan spiker qismində çıxış edəcək.

Sonuncu panel “Rəqəmsal Marketinq” mövzusuna həsr olunub. Panelin moderatorluğunu “ELSEO” MMC-nin təsisçisi Elşən Cəfərov edəcəkdir. Spiker qismində isə “FCB ArtGroup” şirkətinin rəqəmsal kreativ direktoru Göktug Sarı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşəcək.

Tədbirin sonunda “After Party” təşkil olunacaq.

Forumda iştirak etmək və daha ətraflı məlumat əldə etmək üçün millimarketinqforum.az saytına daxil ola bilərsiniz.