milli-meclisde-aviabiletlerin-qiymetlerinin-baha-olmasi-meselesi-qaldirilib

Milli Məclisdə aviabiletlərin qiymətlərinin baha olması məsələsi qaldırılıb

“Burada hamımız danışdıq. Hər şeyi dedik. AZAL qiyməti endirəcəkmi? Yox, endirməyəcək”.

Bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən iclasında deyib.

“Özümüz deyirik, özümüz eşidirik. Benzin bizim, hər şey bizim. Dövlət də AZAL-a subsidiya verir. Amma xeyri yoxdur. Bəlkə, bununla bağlı müraciət hazırlayaq? Deputat yoldaşlarımın dediyi məsələ qalır havada. Allahın bir komandasını da saxlaya bilmədi. “Zirə” komandasını. Azərbaycanda elə ancaq “Qarabağ” komandası olmalıdır? Bir komandanı da saxlaya bilmirsən, qardaş? Təyyarə biletlərinin qiymətləri ilə bağlı məsələ həll olunmalıdır. Sahibə xanım, siz Milli Məclisin sədri kimi bu məsələyə qarışın”, - o vurğulayıb.

12:41

“Dəfələrlə aviabiletlərin qiymətlərinin baha olması məsələsini qabartmışıq. Bu məsələdə Gürcüstan və digər ölkələrə uduzuruq. Uduzurqsa, rəqabət də olmayacaq”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda ən yaxşı işləyən qurumlardan biri Dövlət Miqrasiya Xidmətidir: “Başqa ölkələrdən bura gəlib getmək əzaba çevrilib. Biz bu qanunu kiməsə iş yerinin yaradılması üçün qəbul etməməliyik. Ov turizminin də qanunda hər hansı bir formada əks etdirilməsi vacibdir”.

Deputat Azərbaycanda turistlərin aldadılması məsələsinə də xüsusi diqqətin yetirilməsinin vacibliyini vurğulayıb: “İnzibati Xətalar Məcəlləsinə turistlərin aldadılması ilə bağlı müddəa da əlavə edilməlidir. Turistlər bilməlidir ki, bu ölkəyə gələnlər aldadılmır”.