Azərbaycan Milli Məclisinin payız sessiyasının sentyabrın 30-da keçiriləcək ilk plenar iclasının gündəliyi açıqlanıb.
İnsider.az xəbər verir ki, iclasın gündəliyinə 20 məsələ daxildir.
Bunlar "Məişət zorakılığının qarşısının alınması haqqında", “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında”, “Uşaq hüquqları haqqında” Məktəbəqədər təhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Əmək pensiyaları haqqında”, "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" qanunlara dəyişiklik layihələridir.