Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov post-terminalların işləməməsindən şikayətlənib.
İnsider.az xəbər verir ki, O.Əsədov Vergilər naziri Mikayıl Cabbarova müraciət edərək deyib ki, post-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşmək lazımdır:
“Sürətli internet və digər imkanlar, bir sözlə hər cür şərait qurulub. Belə olan halda, post-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, post-terminallar işləmir? Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın”.
© Report