Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 2018-ci ili 11 min manat zərər ilə başa vurub.
İnsider.az Şuranın illik hesabatına istinadən xəbər verir ki, ötən il cəmi gəlirlər 3 milyon 865 min 873 manat, cəmi xərclər isə 3 milyon 876 min 878 manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Şuranın zərəri formalaşıb.
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılmışdır.
Ötən il Şuranın əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 698 min 97 manat təşkil edib.
2018-ci ildə telekanallara 3 milyon manat maliyyə yardımları və sair transfer ödənişləri həyata keçirilib.