“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə növbəti tədbir keçirilib.
İnsider.az xəbər verir ki, “MilliKart” MMC-də Bakı Mühəndislik Universitetinin tələbələri ilə görüş keçirilib, “MilliKart” MMC və onun həyata keçirdiyi prosessinq fəaliyyətinin xüsusiyyətləri iştirakçılara təqdim edilib. Həmçinin, tələbələrə ödəniş kartları ilə aparılan əməliyyatlar, innovativ ödəniş həlləri, fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri haqqında məlumat verilib. Təşkilatın gündəlik fəaliyyəti ilə yaxından tanış olan qonaqlar müxtəlif struktur bölmələrin iş prosesinin şahidi olmaq imkanı əldə ediblər.
Tədbirin nəticəsində tələbələr “MilliKart” MMC-də təcrübə mübadiləsinə dəvət edilib.