Milyarder sərmayəçi Warren Buffettin sahib olduğu Berkshire Hataway şirkəti, Yaponiyanın qabaqcıl 5 əmtəə ticarəti şirkətindən səhm alıb.
İnsider.az Berkshire Hataway-ın yaydığı açıqlamaya istinadən xəbər verir ki, Tokio Birjasında həyata keçirilən alışlarla Mitsubishi Corp, Mitsui & Co, Itochu, Marubeni və Sumitomo-dan 5%-dən bir az çox nisbətdə səhm toplanıb.
Bu alışlar üçün təxminən 6,25 milyard dollar xərclənib.
Açıqlamada, Yaponiya şirkətlərinə yatırılan sərmayənin uzun müddət davam etdirilməsinin planlaşdırıldığı da qeyd edilib.
Milyarder sərmayəçi Warren Buffett, Yaponiyada ən böyük alışlarından birini reallaşdıraraq əmtəə sektorundakı mövqeyini gücləndirib.
Yaponiyada Topix İndeksi bu xəbər ilə 1.9% yüksəlib.
Marja