“PayPal”-un həmtəsisçisi Piter Til “Facebook” səhmlərini 4 milyon dollara satıb. İnsider.az bildirir ki, bu barədə ABŞ-ın Qiymətli kağızlar üzrə komissiyasının (SEC) materiallarında deyilir.
On beş il əvvəl Til “Facebook”-un ilk iri investoru olub. 2012-ci ildən etibarən o, tədricən şirkətdəki payını azaldır.
SEC-in materiallarına əsasən, Til orta qiyməti 182 dollardan təxminən 22 min A sinfi olan “Facebook” səhmlərini satıb.
Hazırda onun təxminən 63 500 “Facebook” səhmləri qalıb – bu, onun 2012-ci ildə şirkətdəki payından 0,1% təşkil edir. Til öz payını satmağa başlamamışdan “Facebook”-da 44,7 milyon səhmə sahib idi.
Qeyd edək ki, Piter Til “Forbes”-a görə ən uğurlu texnoloji investorları reytinqi olan Midasın siyahısına daxildir (milyarder 100-də 40-cı yeri tutur). “Forbes” 2019-cu ildə onun var-dövlətini 2,5 milyard dollar dəyərində qiymətləndirib – Piter Til planetin ən zəngin insanları siyahısında 916-cı pillədə yerləşir.
Samirə Məmmədova