milyarderler-servetlerini-keskin-artiriblar

Milyarderlər sərvətlərini kəskin artırıblar

ABŞ-da Siyasət İşləri İnstitutu (IPS) tərəfindən aparılan yeni analizlər pandemiyanın geridə qalan 1 illik müddətində 2265 milyarderin sərvətlərini 4 trilyon dollar və ya  54% artırdıqlarını ortaya qoyub.

Marja xəbər verir ki, IPS tərəfindən Forbes, Bloomberg və Wealth-X məlumatlarından istifadə edilərək hazırlanan hesabata görə, 18 Mart 2020-18 Mart 2021 arasında dünyadakı milyarderlərin sərvətləri 8,04 trilyon dollardan 12,39 trilyon dollara yüksəlib.

İLK YERDƏ BEZOSDUR

Amazon.com-un sahibi Jeff Bezos, 113 milyard dollardan 57% artımla 178 milyard dollara yüksələn sərvəti ilə dünyanın ən zənginidir.

Bernard Arnault və ailəsinin sərvətləri 114% artıraraq 162,6 milyard dollara qalxıb.

Elon Musk-ın sərvəti 560% artıraraq 162,1 milyard dollara çatıb. Bill Gates-in sərvəti 29% artaraq 126,5 milyard dollara, Marck Zuckerber-in sərvəti isə 86% artımla 101,7 milyard dollara yüksəlib.

Marja